Məqalələr

Uşaqlarda səhv etmə qorxusu

15 Noy 2026 · Rəfiqə Cəfərli

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi və "ELBERR" İnkişaf Mərkəzinin Uşaq psixoloqu Jalə Məmmədova


Uşağınız tapşırığı edərkən səhv etməkdən qorxur və ya cavabını bildiyi halda danışmaq istəmir? 

Bəzi uşaqlar səhv etməyi uğursuzluq kimi qəbul edirlər. Buu qorxu müəyyən zaman sonra uşağın öyrənməsinə, təşəbüskarlığına və özünüifadə etməsinə mane ola bilir. 

Əsas əlamətləri aşağıdakılardır: 

• Tapşırığı dəfələrlə yoxlamaq

• Cavabdan əmin olsa da danışmaqdan çəkinmək

• Yeni fəaliyyətlərə başlamaq istəməmək

• Kiçik uğursuzluqlara həddindən artıq reaksiya vermək

• Səhv zamanı özünü günahlandırmaq

• Daima yaxşı nəticə əldə etməyə çalışmaq. 

Əsas səbəbləri: 

• Uğursuzluq qorxusu

• Valideynin yüksək gözləntisi

• Müqayisə olunma

• Özünəinam çətinlikləri

• Tənqidə həssaslıq 

Valideynlər nə edə bilər: 

• Uşağa səhv etməyin normal olduğunu izah etməli

• Nəticəni deyil göstərdiyi cəhdləri qiymətləndirməli

• Başqaları ilə müqayisə etməməli

• Tənqid etməməli

• Uşağa fikrini sərbəst ifadə etməsinə dəstək olmalı

Uşaqlara səhv etməməyi yox, səhv etdikdən sonra yenidən cəhd etməyi öyrətmək lazımdır. Səhv etməkdən qorxmayan uşaq daha rahat öyrənir, özünə güvənməyi öyrənir. Həmçinin uşaq bilməlidir ki, səhv etsə də valideynin sevgisini itirmir. 



Bütün yazılar